Bu həftə Avropa İttifaqına sədrlik edən İspaniya xarici işlər naziri Migel Anhel Moratinus Azərbaycana səfər etdi. Səfər əsnasında Avropa rəsmisi Azərbaycan prezidenti, sivil cəmiyyətin nümayəndələri və müxalifət liderləri ilə görüşüb. Bəzi təhlilçilər cənab Moratinusun prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanda demokratiya məsələsinin müzakirə oldunuğunu güman edir. Bu arada Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq Naxçıvanda muxtar respublikanın ali məclisinin sədri Vasif Talıbovla görüşərək bölgədə baş verən hüquq pozuntularını müzakirə edib.