Avropa Birliyi (AB) ölkələrinin borc problemi və ABŞ-ın kredit reytinqinin son 94 ildə ilk dəfə azaldılması bütün dünyada böyük bir panikaya səbəb oldu. İnvestorlar riskli aktivlərdən imtina etməyə başladılar. Sadə insanlar yeni böhran dalğası ilə bağlı xəbərləri təşvişlə izlədilər. İndekslər azaldı, qiymətli kağızlar dəyərini itirdi, dollar ucuzlaşdı, qızıl bahalaşdı.