3view.az - http://3view.az
Türkiyənin siyasi vəziyyəti
http://3view.az/articles/13211/1/
Dərc olunub 7.02.2012
 

Zamir Zakiroğlu

Türkiyənin bildiyimiz kimi avropada siyasi vəziyyəti heç də yaxşı deyil.Fransa parlamentində erməni soyqırımını tanımayanlara 1 il həbs və 45 min avro ilə cərimələnməsi qanunununu qəbul edən senatorlar qanunu qəbul etdikdən sonra,  təsdiq edilməsi üçün prezident  Sarkoziyə göndərilblər. Onun da bu sözü gedən qanunu təsdiqləyəcəyi heç kimdə şübhə doğurmur.

Əvvəla, bu qanunun çıxarılmasında prezident nə dərəcədə maraqlı, qətiyyətli olduğu hamıya aydın oldu.Bu qanunun əsas məramı, niyyəti bir başa Türkiyənin iqtisadiyyatina, siyasi gücünə zərbə vurmağa xidmət edir.Bu yolla Türkiyəni dunya dövlətlərindən təcrid etmək istəyirlər.Ermənistanı  öz maraqları namimə  sadəcə bir oyuncaq kimi işlədirlər.Bir sual ortaya çıxır.Hansı səbəblər Fransanı bu addımı atmağa vadar etdi? Türkiyənin nəinki regionda o cumlədən yaxın şərqdə tədricən də ərəb ölkələri arasinda əsas söz sahibinə çevrilməsi Fransada eqayist münasibəti fomalaşdırdı.Təsadüfi deyil ki, Fransa zaman-zaman ərəb öləkələrində nəzarəti öz əllərinə saxlamaqla onların təbii sərvətii, neftini mənimsəyiblər.Fransanın maraqlarına ziddi ki, Türkiyə bölgədə siyasəti güclənsin və sonra başağrısına çevrilsin.Xatırladım ki antitürkiyə kampaniyası çoxdan başlayıb.Sadəcə olaraq, bir az gündəmdən düşmüş sayılırdı.Lakin, Fransa hökumətinin qətiyyətli mövqeyi ilə bu mesele yenidən gündəmləri zəbt etdi.Mən düşünürəm ki, rəsmi Fransanın atdığı bu addım cavabsız qalmamalı, çox  kəskin formada Fransaya qarşı sanksiyalar tətbiq edilməlidir.Çünki, Fransa avropa  birliyinin əsas iki ölkəsindən biridir.Əks halda digər ölkələr də bu məsələdə  mənfi halları Fransadan nümunə götürə bilərlər.Belə bir sual yaranır.Türkyə necə və hansı formada Türkiyə əleyhinə olan bu qanunun cavabını verməlidir?

Türkiyənin Fransa ilə 30 milyard dollarlıq ticari  dövriyyəsini kəsməklə, düzdü, Türkiyəyənin iqtisadiyyatına xeyli zərər dəyə bilər, lakin, bu addım atılmalıdır. Çünki əks halda bundan da pis nəticələr ola bilər.Təbii ki, Türkiyə  bu qanunla barışa bilməz.Əgər razılaşarsa, ermənistanın torpaq iddiaları var, xeyli miqdarda təzminat tələbləri var.Hesab edirəm ki, Türkiyə türk dövlətləri ilə əsasən də ərəb liqası ölkələri ilə daha da münasibətləri sıxlaşdırmalıdır.Özünün hər hansı bir qrup halında güclü tərəfdaşı olması vacibdir.Hazırda Türkiyənin güclü müddəfiqi demək olar ki, yox dərəcəsindədir.Bu səbəbdən də Fransa Turkiyəyə qarşı istədiyi niyyətini, mövqeyini  həyata keçirir.Azərbaycan daim Türkiyənin yanındadı, ancaq, bu yetərli deyil.Azərbaycanın  gücü o dərəcədə deyil ki Fransaya təsir edə bilsin.Mənim fikrimcə, Türkiyə  yuxarıda qeyd etdiyim istiqamətlər üzrə hərəkət edərsə, yaranmış vəziyyətdən çıxma ehtimalı yüksəkdir.