Agentlik haqqında    Tərəfdaşlar    Think Tank    Xidmətlər     Əlaqə    Forum    Az     En     Ru 
      Ön səhifə
      “Qərb-Şərq”
      Qloballaşma
      «Şərq tərəfdaşlığı»
      Sivilizasiyaların dialoqu
      Böyük Bölünməz Qafqaz
      Münaqişələr və Təhlükəsizlik
      Azərbaycan
      Sosial Ədalət
      İqtisadiyyat
      Analitika
      Energetika siyasəti
      Nəqliyyat
      Təhsil və elm
      "Birgə!" layihəsi
      Nəşrlər
 

Sorğu

"İran nüvə dosyesi" necə həll ediləcək?

ABŞ və NATO İrana zərbə endirirlər
ABŞ və İsrail İrana zərbə endirirlər
İsrail İrana zərbə endirir
İran və BAEA razılaşmanı imzalayırlar
İran könüllü nüvə proqramından imtina edir
İran və "altıliq" razılaşmanı imzalayırlar

Cəmi səs verənlər: 11

Nəticələri göstər

 

Hava


Погода в Баку Погода в ГÑндже
Погода в Ленкоране Погода в Ðахичеване

 

 

Məmməd Əmin Rəsulzadə Şərqdə ilk Demokratik Cumhuriyyəti quran şəxsiyyətdir
 Azərbaycan 
(31.01.2012)

Bu gün Azərbaycan xalqının böyük lideri Məmməd Əmin Rəsulzadənin doğum günüdür. 128 il bundan əvvəl Bakının Novxanı kəndində dünyaya gələn bu böyük şəxsiyyət 44 yaşında Şərqdə ilk Demokratik Cumhuriyyətin banisi oldu.  Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.

Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır.

Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur.

Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.

1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı.[5] Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.

1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu.

Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".

M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsindən" söhbət açır.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman, bizim üçün ən yaxşı məsələni - Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah yıxsın - siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır."

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi".

Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri işıq üzü görmüşdür.

Bakıdakı türk hərbi qüvvələrinin köməyi ilə hakimiyyəti yerli bolşeviklər ələ aldıqdan sonra tezliklə müsavat tərəfdarlarının həbsi başlayır, Şamaxıda həbs olunan Rəzulzadə 6 sentyabr 1920-ci ilədə Bakıya gətirilir. Cəmil Həsənliyə görə isə Lahıçda gizlənən Rəzulzadə 17 avqust tarixində Göyçay yaxınlığındaki Qaraməryamdə həbs olunub.

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir. 1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məmməd Əmin 1955-ci il martın 6-da gecə saat 22:50-də üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. O, Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.


 

 

 

 


Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

May 2012

»

   

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

 

SON XƏBƏRLƏR
 
 Avropa Tarixçilər Assosiasiyasının baş meneceri mətbuat konfransı keçirmişdir (11.05.2012)
 Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir (26.04.2012)
 “Hərbiləşdirilmiş mühafizə xidmətləri ləğv olunmalıdır”. Dəyirmi masadan reportaj (25.04.2012)
 Sabunçu qəsəbəsində susuzluq (12.04.2012)
 4, 21 oktyabr və 4 noyabr 2011-ci il tarixlərdə elan edilmiş müsabiqə başa çatdı (4.04.2012)
 Qafqaz Universitetində görüş keçirilmişdir (2.04.2012)
 Azərbaycan Müəllimlər İnstitutunda görüş keçirilmişdir (15.03.2012)
 “Azərbaycan Texniki Universitetində görüş keçirilmişdir (14.03.2012)
 İsmayıllı və Lənkəran şəhərlərində Gənclər Debat Forumları keçirildi (12.03.2012)
 Dövlət qulluqçuları Türkiyə Respublikasında səfərdə olmuşlar (5.03.2012)
 Respublika Gənclər Debat Forumu – Yaz 2012”-ə start verildi (5.03.2012)
 Dövlət qulluqçuları Türkiyə Respublikasında təcrübə mübadiləsi aparır (27.02.2012)
 Multimedia Mərkəzinin məlumatı (24.02.2012)
 Müxalifətin hakimiyyətə qayıdış arzusu (15.02.2012)
 Türkiyənin siyasi vəziyyəti (7.02.2012)
 Məmməd Əmin Rəsulzadə Şərqdə ilk Demokratik Cumhuriyyəti quran şəxsiyyətdir (31.01.2012)
 Gəncə Debat Mərkəzinin Açılış Mərasimi keçirildi (29.01.2012)
 “ Qır ata bənzədilən uzunqulaq ” (27.01.2012)
 Layihə çərçivəsində klipmeykerlərin və fotoqrafların “SÜLH” mövzusuna aid ən yaxşı işləri üzrə müsabiqə elan olunur (26.01.2012)
 Azərbaycanda restoran və şadlıq evlərində israfçılıq (17.01.2012)
 Arif Əliyev jurnalistkanin müdafiəsinə qalxdi (12.01.2012)
 Maaş və təqaüdlər – regionlarda ürəkağradıcı mənzərə (7.01.2012)
 Mərdanov Abbaszadə savaşi: kim haqqlidir (7.01.2012)
 Məleykə Abbaszadə nəticələri açiqlayib (28.12.2011)
 Savaş davam edir (27.12.2011)
 “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib (22.12.2011)
 Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq məqsədilə təlim keçirilmişdir (2.12.2011)
 “Sülh” Sizin yaradıcılığınızda! (28.11.2011)
 25 Noyabr 2011-ci il tarixdə vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir (25.11.2011)
 “Yeni Nəsil” Jurnalistlər Birliyinin BƏYANATI (24.11.2011)
 Komissiya 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyalarının Sərgi və Konfransında iştirak edir (23.11.2011)
 “Yeni media : kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçirilib (22.11.2011)
 27 may və 14 iyun 2011-ci il tarixlərdə elan edilmiş müsabiqələr başa çatdı (21.10.2011)
 “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi: Ordu üçün Sosial Rifah təklifləri (14.10.2011)
 “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyinin yekun mətbuat konfransının press - relizi (14.10.2011)
 Dollar, avro, yoxsa qızıl? (17.08.2011)
 
  
 

Agentlik haqqında    Tərəfdaşlar    Think Tank    Xidmətlər     Əlaqə    Forum   

Rambler's Top100 Rambler's Top100     Bakililar.az Top Sites      

Ïðè èñïîëüçîâàíèè ìàòåðèàëîâ, ññûëêà íà ñàéò www.3view.az îáÿçàòåëüíà.
Àâòîðû îïóáëèêîâàííûõ ìàòåðèàëîâ íåñóò îòâåòñòâåííîñòü çà ïîäáîð è òî÷íîñòü ïðèâåäåííûõ ôàêòîâ.
Ìíåíèå àâòîðà ìîæåò íå ñîâïàäàòü ñ ïîçèöèåé ðåäàêöèè.

Copyright © 2007 NextPoint LLC