“Sülh” Sizin yaradıcılığınızda!
Humanitar Tədqiqatlar Cəmiyyəti ABŞ Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Birlikdə” layihəsinin həyata keçməsinə start verir.
Layihə çərçivəsində klipmeykerlərin və fotoqrafların “SÜLH” mövzusuna aid ən yaxşı işləri üzrə müsabiqə elan olunur.
Müsabiqədə iştirak üçün yaşı 40-a qədər, son 3 il ərzində aktiv yaradıcıllıq müvqeyini nümayiş etdirən müəlliflərin işləri qəbul edilir. Müəlliflərin rus dili biliyi mütləqdir.
Müsabiqədə iştirak etmək istəyənlər tərcümeyi-halını(CV) və işlərinin nümunəsini (klip və fotoşəkillər) bizim elektron-ünvanımıza göndərməlidir. Məktublarınızı “Müsabiqədə iştirak üçün ərizə” qeydi ilə göndərin. Ərizənin göndərilməsinin son müddəti – 20 fevral 2012 il.
Suallarınıza cavab və başqa məlumatları almaq üçün +994 12 4378387 telefonuna zəng edə bilərsiniz.
Əvvəlcədən minnətdarıq.