"Kimisə reket jurnalist" adlandirmaq olmaz"
Arif Əliyev: “Tibb, təhsil və hüquq mühafizə orqanlarında da bu cür əməllərlə məşğul olan insanlar var. Amma “reket təbabət”, “reket təhsil” deyilən bir ifadə yoxdur” “Reket jurnalistika” kimi bir ifadə yoxdur. Sadəcə bu peşədən istifadə edərək hansısa formada cinayət əməli törədən insanlar var. Onların məşğul olduğu işin jurnalistikaya aidiyyatı yoxdur, bu, cinayətdir. Bununla hüquq mühafizə orqanları məşğul olmalıdıl”.
Bunu Teleqraf.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Mətbuatın əvvəlki nüfuzunun itirilməsində “Reket” jurnalist” ifadəsi və qəzetlərin “qara siyahısı”nın da rolu olubmu” sualını cavablandırarkən deyib.
A.Əliyev hesab edir ki, nüfuzundan asılı olmayaraq hər hansı ictimai təşkilatın kimisə “reket” adlandlırmağa ixtiyarı yoxdur: “Söhbət konkret cinayət əməlindən gedir və bu barədə rəyi yalnız məhkəmə verə bilər. Bu məsələnin qabardılması mətbuatın nüfuzuna ciddi xələl gətirən məsələlərdən biridir. Əlbətdə, biz cinayət əməli ilə məşğul olan, insanları incidən, rüşvət almağa çalışan kütləvi informasiya vasitələrindən xilas olmaliyiq. Bunun üçün ictimai qinaq faktorundan mümkün qədər geniş istifadə etməliyik. Tibb, təhsil, hüquq mühafizə orqanları və digər sahələrdə də bu cür əməllərlə məşğul olan insanlar var. Amma “reket təbabət”, “reket təhsil” deyilən bir ifadə yoxdur. Bunlar düzgün olmayan yanaşma formasıdır”.
A.Əriyev “qara siyahı”lar çap edənlərin narahatlığını və onların mediada xoşagəlməz əməllərdən yaxa qurtarmaq istəyini anladığını da deyib. Amma o hesab edir ki, istək və məsələnin qoyuluşu ilə onun həlli istiqamətindəki cəhdlər başqa-başqa məsələlərdir: “Reket jurnalistika” ifadəsinin oturuşması jurnalistikanın özünə ləkədir”.
http://www.pia.az