Humanitar Tədqiqatlar Cəmiyyəti ABŞ Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Birlikdə” layihəsinin həyata keçməsinə start verir.
Layihə çərçivəsində şairlərin, bəstəkarların, dizaynerlərin və PR-mütəxəssislərin “SÜLH” mövzusuna aid ən yaxşı işləri üzrə müsabiqə elan olunur.
Müsabiqədə iştirak üçün yaşı 40-a qədər, son 3 il ərzində aktiv yaradıcıllıq müvqeyini nümayiş etdirən müəlliflərin işləri qəbul edilir. Müəlliflərin rus dili biliyi mütləqdir.
Müsabiqədə iştirak etmək istəyənlər tərcümeyi-halını(CV) və işlərinin nümunəsini (şer,musiqi, loqo, banner, plakat,realizə olunmuş Pr-layihələr haqqında məlumat) bizim elektron-ünvanımıza göndərməlidir. Məktublarınızı “Müsabiqədə iştirak üçün ərizə” qeydi ilə göndərin.Ərizənin göndərilməsinin son müddəti – 5 dekabr 2011 il.
Suallarınıza cavab və başqa məlumatları almaq üçün +994 12 4378387 telefonuna zəng edə bilərsiniz.
Əvvəlcədən minnətdarıq.