Agentlik haqqında    Tərəfdaşlar    Think Tank    Xidmətlər     Əlaqə    Forum    Az     En     Ru 
      Ön səhifə
      “Qərb-Şərq”
      Qloballaşma
      «Şərq tərəfdaşlığı»
      Sivilizasiyaların dialoqu
      Böyük Bölünməz Qafqaz
      Münaqişələr və Təhlükəsizlik
      Azərbaycan
      Sosial Ədalət
      İqtisadiyyat
      Analitika
      Energetika siyasəti
      Nəqliyyat
      Təhsil və elm
      "Birgə!" layihəsi
      Nəşrlər
 

Sorğu

"İran nüvə dosyesi" necə həll ediləcək?

ABŞ və NATO İrana zərbə endirirlər
ABŞ və İsrail İrana zərbə endirirlər
İsrail İrana zərbə endirir
İran və BAEA razılaşmanı imzalayırlar
İran könüllü nüvə proqramından imtina edir
İran və "altıliq" razılaşmanı imzalayırlar

Cəmi səs verənlər: 11

Nəticələri göstər

 

Hava


Погода в Баку Погода в ГÑндже
Погода в Ленкоране Погода в Ðахичеване

 

 

“Yeni media : kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçirilib
 Sosial Ədalət 
(22.11.2011)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans təşkil olunub. Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti Osman Gündüz Konfransı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. Ölkədə Yeni Medianın sürətli inkişaf etdiyi bir məqamda adı çəkilən mövzunun kifayət qədər önəmli olduğunu diqqətə çəkib. O, yeni media mütəxəssislərinin hazırlanması istiqamətində peşəkar müzakirələrə ciddi ehtiyac olduğunu bildirib. Konfransda  Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış nitqi ilə çıxış edib. O, artıq ölkədə İnternet medianın bir infrastruktur olaraq formalaşdığını və insanların informasiya münasibətlərində yeni media subyektlərinin mühüm yeri olduğunu qeyd edib. O, Yeni Medianın inkişafına ciddi diqqət  yetirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə atılan addımları dəstəklədiyini və bu sahənin son dövrlərdə Mətbuat Şurasının da nəzərində olduğunu qeyd edib.

Konfransda Osman Gündüz “Yeni medianın vəziyyəti və peşəkarlıq”, BDU-nun  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi Kafedrasının müəllimi Könül Niftəliyeva “Jurnalistika təhsilində yeni medianın yeri” və weboxu.com bloqunun sahibi, AİF İH üzvü Şaiq Muradov “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar ediblər.

Təqdimatlarda  bütövlükdə yeni medianın mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılması ilə bağlı Təklif və tövsiyələr öz əksini tapıb. Ölkədə dinamik inkişaf edən yeni media sektorunun hazırda əsas problemlərindən birinin də kadr təminatı ilə bağlı olduğu qeyd edilib. Problemin aradan qaldırılması üçün ali təhsil müəssisələrində yeni tədris modelinin yaradılmasının vacibliyi, Universitetlərdə tələbələrin praktiki bacarıqlar əldə etməsi üçün şəraitin yaradılması, onlayn laboratoriyaların təşkil edilməsi, tədris  və biznes sektorunun əməkdaşlığının zəruriliyi və digər səmərəli təkliflər irəli sürülüb.

Konfransda mövzu ətrafında səmərəli müzakirələr aparılıb. Müzakirələrdə İREX-in əməkdaşları Ələsgər Məmmədli və Mürsəl Əliyev, AMEA ITI-nin şöbə müdiri Rasim Mahmudov, BDU-nun və Naxçıvan Dövlət Universitetlərinin kafedra müdirləri Cahangir Məmmədli və Seyid Surə, Qafqaz və Xəzər  Universitetlərinin İnternet jurnalistika müəllimləri Emin Hüseynzadə və Aydın Xan, RİTN-nin nümayəndəsi Kamal Məmmədov, Sahil şirkətinin direktoru Vahid Qasımov, BDU-nun beynəlxalq jurnalistika üzrə magistri, yeni media sahəsində fəaliyyət göstərən  Ellada Mustafayeva, yeni media mütəxəssisi Azər Nəzərov, BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev və digərləri çıxış ediblər.

Çıxışlarda yeni media sahəsində yeni yaranan münasibətlərə, yeni kadrlara olan tələbata,  yeni medianın tədrisi vəziyyətinə ciddi diqqət  yetirilib. Peşəkar yeni media mütəxəssislərinin hazırlanması üçün təhsil, biznes və İKT sektorunun birgə səylərinin gücləndirilməsinin vacibliyi bildirilib. Yeni medianın tədrisinin təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Yeni media ilə əlaqəli fənnin əsas fənn olaraq tədris edilməsinin vacibliyi vurğulanıb. Konfransda  İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələrin nümayəndələri, yeni media texnologiyaları sahəsində çalışanlar, dövlət qurumları  və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Konfransın yekununda  irəli sürülən təklif və tövsiyələrin ümumiləşdirilərək  yeni medianın tədris modelinin hazırlanmasında istifadə ediləcəyi qeyd olunub. Gələn ilin əvvəlində yeni medianın tədris modelinin layihəsinin  müzakirəyə çıxarılacağı bildirilib. Konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Multimedia Mərkəzi

492 44 44
www.cit.az

www.xeberler.az

multimedia@cit.az


 

 

 

 


Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

May 2012

»

   

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

 

SON XƏBƏRLƏR
 
 Avropa Tarixçilər Assosiasiyasının baş meneceri mətbuat konfransı keçirmişdir (11.05.2012)
 Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir (26.04.2012)
 “Hərbiləşdirilmiş mühafizə xidmətləri ləğv olunmalıdır”. Dəyirmi masadan reportaj (25.04.2012)
 Sabunçu qəsəbəsində susuzluq (12.04.2012)
 4, 21 oktyabr və 4 noyabr 2011-ci il tarixlərdə elan edilmiş müsabiqə başa çatdı (4.04.2012)
 Qafqaz Universitetində görüş keçirilmişdir (2.04.2012)
 Azərbaycan Müəllimlər İnstitutunda görüş keçirilmişdir (15.03.2012)
 “Azərbaycan Texniki Universitetində görüş keçirilmişdir (14.03.2012)
 İsmayıllı və Lənkəran şəhərlərində Gənclər Debat Forumları keçirildi (12.03.2012)
 Dövlət qulluqçuları Türkiyə Respublikasında səfərdə olmuşlar (5.03.2012)
 Respublika Gənclər Debat Forumu – Yaz 2012”-ə start verildi (5.03.2012)
 Dövlət qulluqçuları Türkiyə Respublikasında təcrübə mübadiləsi aparır (27.02.2012)
 Multimedia Mərkəzinin məlumatı (24.02.2012)
 Müxalifətin hakimiyyətə qayıdış arzusu (15.02.2012)
 Türkiyənin siyasi vəziyyəti (7.02.2012)
 Məmməd Əmin Rəsulzadə Şərqdə ilk Demokratik Cumhuriyyəti quran şəxsiyyətdir (31.01.2012)
 Gəncə Debat Mərkəzinin Açılış Mərasimi keçirildi (29.01.2012)
 “ Qır ata bənzədilən uzunqulaq ” (27.01.2012)
 Layihə çərçivəsində klipmeykerlərin və fotoqrafların “SÜLH” mövzusuna aid ən yaxşı işləri üzrə müsabiqə elan olunur (26.01.2012)
 Azərbaycanda restoran və şadlıq evlərində israfçılıq (17.01.2012)
 Arif Əliyev jurnalistkanin müdafiəsinə qalxdi (12.01.2012)
 Maaş və təqaüdlər – regionlarda ürəkağradıcı mənzərə (7.01.2012)
 Mərdanov Abbaszadə savaşi: kim haqqlidir (7.01.2012)
 Məleykə Abbaszadə nəticələri açiqlayib (28.12.2011)
 Savaş davam edir (27.12.2011)
 “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib (22.12.2011)
 Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq məqsədilə təlim keçirilmişdir (2.12.2011)
 “Sülh” Sizin yaradıcılığınızda! (28.11.2011)
 25 Noyabr 2011-ci il tarixdə vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə test imtahanı keçirilir (25.11.2011)
 “Yeni Nəsil” Jurnalistlər Birliyinin BƏYANATI (24.11.2011)
 Komissiya 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyalarının Sərgi və Konfransında iştirak edir (23.11.2011)
 “Yeni media : kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçirilib (22.11.2011)
 27 may və 14 iyun 2011-ci il tarixlərdə elan edilmiş müsabiqələr başa çatdı (21.10.2011)
 “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi: Ordu üçün Sosial Rifah təklifləri (14.10.2011)
 “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyinin yekun mətbuat konfransının press - relizi (14.10.2011)
 Dollar, avro, yoxsa qızıl? (17.08.2011)
 
  
 

Agentlik haqqında    Tərəfdaşlar    Think Tank    Xidmətlər     Əlaqə    Forum   

Rambler's Top100 Rambler's Top100     Bakililar.az Top Sites      

Ïðè èñïîëüçîâàíèè ìàòåðèàëîâ, ññûëêà íà ñàéò www.3view.az îáÿçàòåëüíà.
Àâòîðû îïóáëèêîâàííûõ ìàòåðèàëîâ íåñóò îòâåòñòâåííîñòü çà ïîäáîð è òî÷íîñòü ïðèâåäåííûõ ôàêòîâ.
Ìíåíèå àâòîðà ìîæåò íå ñîâïàäàòü ñ ïîçèöèåé ðåäàêöèè.

Copyright © 2007 NextPoint LLC