3view.az - http://3view.az
27 may və 14 iyun 2011-ci il tarixlərdə elan edilmiş müsabiqələr başa çatdı
http://3view.az/articles/12717/1/
Dərc olunub 21.10.2011
 

27 may və 14 iyun 2011-ci il tarixlərdə elan edilmiş müsabiqələr başa çatdı

27 may və 14 iyun 2011-cu il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 77 dövlət orqanı üzrə 740 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2011-ci il 8 iyul – 2011-ci il 12 avqust tarixlərdə, müsahibə mərhələsi isə 2011-ci il 27 iyul - 2011-ci 20 oktyabr tarixlərdə keçirilmişdir.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 4199 namizəd qeydə alınmışdır. Onlardan 1148 nəfəri (bütün namizədlərin 27.34%-i, test imtahanında iştirak edən 3384 namizədin 33.92%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən

543 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;

310 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;

295 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.

Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmış və Komissiyasının rəsmi internet saytında da yerləşdirilmişdir.

Müsahibədə iştirak etmək hüququ olan 1148 namizəddən 978 nəfəri bu hüquqdan istifadə etmişdir. Onlardan 92 nəfəri (9.41%) müsahibədə iştirak etməmişdir. Müsahibədə iştirak edən 886 namizəddən 320 (36.12%) nəfəri vakant vəzifələrə uyğun bilinmişdir.